Taleh Hüseynov

Çovdar Filiz Emalı Sahəsi

Geologiya və dağ-mədən işləri bölməsinin Aparıcı topoqrafı

Çovdar Filiz Emalı Sahəsinin Geologiya və dağ-mədən işləri bölməsinin Aparıcı topoqrafı Taleh Hüseynov dövr ərzində qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacarmışdır. O, “Tülallar”, “Ağyoxuş” və “Mərəh” yataqlarında, eləcə də “Daşkəsən” dəmir filizi sahəsində aparılan geoloji kəşfiyyat fəaliyyəti zamanı topoqrafik planlama işlərinin icrasında iştirak etmiş, nümunəvi xidməti ilə fərqlənmişdir.

 

Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan Emin Seyfullayev və Taleh Hüseynov mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır. Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.
 

 

Emin Seyfullayev

Logistika və inzibati işlər şöbəsi

Logistika sektorunun Aparıcı mütəxəssisi

Cəmiyyətin Logistika və inzibati işlər şöbəsinin Logistika sektorunun Aparıcı mütəxəssisi Emin Seyfullayev dövr ərzində öz vəzifə öhdəliklərini yüksək peşəkarlıqla yerinə yetirmiş, özünü nizam-intizamlı işçi kimi göstərmişdir. O, “Çovdar”, “Ağyoxuş-1” və “Mərəh” mədənlərindən hasil edilən qiymətli metalların ixracının həyata keçirilməsi və digər zəruri logistik fəaliyyətin təmin edilməsi, nəqliyyatın idarə edilməsi, kontragentlərlə münasibətlərin tənzimlənməsinə dəyərli töhfələrini vermişdir.