Savəddin Hüseynov

Mərəh sahəsinin topoqrafı


Cəmiyyətin balansında olan Mərəh sahəsinin topoqrafı Savəddin Hüseynov ötən dövr ərzində peşəkarlığı və çalışqanlığı ilə fərqlənməyi bacarmışdır. Həmkarımız vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, “Mərəh” mədəni ilə yanaşı, Daşkəsən dəmir filiz sahəsi, “Tülallar” və “Ağyoxuş” qızıl yataqlarının topoqrafik planlama işlərinin icrasına mühüm töhfələrini vermişdir.


Gülər Mikayılova

Geoloji kəşfiyyat şöbəsi

Geoloji-geofiziki məlumatların təhlil sektoru

Aparıcı mütəxəssis


Geoloji kəşfiyyat şöbəsinin Geoloji-geofiziki məlumatların təhlil sektorunun Aparıcı mütəxəssisi Gülər Mikayılova vəzifə öhdəliklərini yüksək səviyyədə yerinə yetirmiş, səmərəli fəaliyyəti ilə diqqət mərkəzində olmuşdur. Həmkarımız Cəmiyyətin strateji istiqamətlərinə uyğun olaraq geoloji hesabatların icrasında xüsusi fəallıq nümayiş etdirmişdir. G.Mikayılovanın “Ağyoxuş” yataqlar qrupu üzrə resursların qiymətləndirilməsi, hesabatların hazırlanması, faydalı qazıntı ehtiyatlarının dövlət balansına qəbul edilməsində aktiv rolu olmuşdur.


Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan Savəddin Hüseynov və Gülər Mikayılova mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır. Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.