Zərnişan Bayramova

Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi

Feldşer

Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsinin feldşeri Zərnişan Bayramova peşəkarlığı, nümunəvi xidmətləri ilə fərqlənməyi bacarmışdır. Həmkarımız ötən dövr ərzində ilkin tibbi yardımla bağlı ona həvalə olunmuş vəzifələrin öhdəsindən yüksək səviyyədə gələrək, göstərilən etimadı doğrultmuşdur.

 

 

Hüseyn Hüseynov

İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi

Çovdar filiz emalı sahəsi

Mütəxəssis

İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsinin Çovdar filiz emalı sahəsi üzrə mütəxəssisi Hüseyn Hüseynov ötən dövr ərzində verilən tapşırıqları müvəffəqiyyətlə icra edərək, səmərəli fəaliyyəti ilə fərqlənmişdir. Həmkarımız vəzifə öhdəliklərini operativ və qüsursuz şəkildə yerinə yetirərək, Cəmiyyətin ümumi fəaliyyətinə öz töhfəsini vermişdir.

Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan Zərnişan Bayramova və Hüseyn Hüseynov mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır. Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.