Cəmiyyətin İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsinin Çovdar Filiz Emalı Sahəsi üzrə mütəxəssisi Hüseyn Hüseynov vəzifə öhdəliklərini yüksək peşəkarlıqla yerinə yetirərək, səmərəli fəaliyyəti ilə fərqlənməyi bacarmışdır.

İşinə daim məsuliyyətlə yanaşan həmkarımız “Çovdar” mədən i ərazisində mobil tipli kamera sisteminin qurulması layihəsində xüsusi fəallığı ilə seçilmişdir. O, həmçinin “Ağyoxuş” yatağında lazımi nöqtələrə internetin paylanması üçün İT avadanlıqlarının sazlanmasını həyata keçirmiş, nəticədə mədən ərazisində internetdən istifadə təmin olunmuşdur.

Cəmiyyət adından həmkarımıza nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.