İsgəndər İsgəndərov

Təchizat şöbəsi

Satınalma və təchizat üzrə mütəxəssisi

Təchizat şöbəsinin Satınalma və təchizat üzrə mütəxəssisi vəzifəsində çalışan İsgəndər İsgəndərov fəaliyyətini yüksək səviyyədə davam etdirərək, nümunəvi işçi olduğunu sübut etmişdir. O, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində zəruri təchizat məsələlərinin həllində peşəkarlıq nümayiş etdirmiş, qarşıya qoyulan tapşırıqları uğurla icra etmişdir.

 

Vüsal Bayramov

Təhlükəsizlik xidməti

Gözətçi

Təhlükəsizlik xidmətinin gözətçisi Vüsal Bayramov ötən dövr ərzində vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, qüsursuz fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. O, Səhmdar Cəmiyyətin baş ofisinin mühafizəsinin təşkilində fəal iştirak etmiş, ayıq-sayıq xidməti ilə ona göstərilən etimadı doğrultmuşdur.

 

Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan İsgəndər İsgəndərov və Vüsal Bayramov mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır. Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.