İyul 2019-cu il

Təmir-tikinti və energetika şöbəsinin layihə smeta və planlama mühəndisi Hüseynzadə İsmayıl ÇFES-də inşa olunan 3-cü topaqələviləşdirmə sahəsinin tikinti-quraşdırma, təmir-bərpa üzrə işlərin icra prosesində fəal iştirak etmiş, podratçı təşkilatların idarə olunması, həmçinin görülən işlərə texniki nəzarətin aparılmasına məsuliyyətlə yanaşmışdır.

İşlərin idarə olunmasında önəmli fikir və təkliflər etmiş, həmçinin, işlərin layihə üzrə icra edilməsinə ciddi şəkildə nəzarət etmişdir. Sənədləşdirmə işlərinin, eyni zamanda layihə-smeta sənədlərinin yoxlanılmasında, müvafiq dövlət orqanları ilə razılaşdırılmasında fəal iştirak etmişdir. Verilən tapşırıqları vaxtlı-vaxtında icra etmişdir. Öz vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacarmışdır.

Cəmiyyətimiz adından ona bu əməyinə görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.