Çovdar Filiz Emalı Sahəsinin Əməliyyat bölməsinin emal operatoru Məhəmməd Əhmədov daim çalışqanlığı və təşəbbüskarlığı ilə seçilmişdir. Həmkarımız emal sahəsinin nəzarətçisinin məzuniyyətdə olduğu müddətdə növbəni peşəkarlıqla idarə etmiş və hədəflənən aylıq istehsal göstəricilərinə nail olunmasına öz töhfəsini vermişdir. Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə malik olan Məhəmməd Əhmədov mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır.

Cəmiyyət adından həmkarımıza nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.