Nərminə Rəhimova

Logistika və inzibati işlər şöbəsi

Logistika sektoru

Baş mütəxəssis 

Cəmiyyətin Logistika və inzibati işlər şöbəsinin Logistika sektorunun baş mütəxəssisi Nərminə Rəhimova dövr ərzində vəzifə öhdəliklərini yüksək peşəkarlıqla yerinə yetirmişdir. O, qiymətli metalların ixrac və idxal proseslərinin idarə edilməsinə dəstək olmuş, kontragentlərlə münasibətlərin tənzimlənməsi, müqavilələrin idarə olunması, şöbənin ümumi fəaliyyətinə, habelə istehsalatla bağlı logistik daşımaların həyata keçirilməsi üzrə işlərdə fəal iştirak etmişdir. Bundan başqa, həmkarımız nəqliyyatın idarə olunması, zəruri hallarda Cəmiyyətin əməkdaşlarının nəqliyyat vasitələri ilə təmin olunmasına öz dəstəyini göstərmişdir.

 

Sahib Əfəndiyev

Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi

İnvestisiya və data analitikası sektoru

Sektor müdiri

Cəmiyyətin Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsinin İnvestisiya və data analitikası sektorunun müdiri Sahib Əfəndiyev dövr ərzində nümunəvi əmək fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. Həmkarımız qarşıya qoyulan tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmişdir. Belə ki, o, Cəmiyyətin irimiqyaslı layihələri ilə bağlı zəruri hesablamaların, maliyyə-statistik hesabatların hazırlanması işlərini qısa müddətdə icra edilməsində yüksək peşəkarlıq nümayiş etdirmişdir.

Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.