Cəmiyyətin Logistika və inzibati işlər şöbəsinin Logistika sektorunun sürücüsü Rauf Cəlilov vəzifə öhdəliklərini yüksək peşəkarlıqla yerinə yetirərək, səmərəli fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. 

Həmkarımız idarə etdiyi nəqliyyat vasitəsinin yürüşünə əsasən digər nəqliyyat vasitələri ilə müqayisədə daha az servis xidmətindən istifadə etmiş, bu da Səhmdar Cəmiyyət tərəfindən fərdi məsuliyyət və xərclərə qənaət baxımından yüksək qiymətləndirilmişdir.

Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə malik olan Rauf Cəlilov mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır.

Cəmiyyət adından həmkarımıza nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.