Orxan Mənuçehri-Lalei

 

SƏTƏM şöbəsinin Çovdar Filiz Emalı Sahəsi üzrə mütəxəssisi Orxan Mənuçehri-Lalei işçilərinin sağlamlığı, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsində səmərəli fəaliyyət ortaya qoymuşdur. Həmkarımız Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində istifadə olunan fərdi mühafizə vasitələrindən istifadə qaydaları, prosedur və təlimatların təkmilləşdirilməsi istiqamətində nümunəvi xidmətləri ilə fərqlənmişdir.

Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına görə minnətdarlığımızı bildiririk.

 

Azər Hüseynov

 

Maliyyə şöbəsinin Büdcə sektorunun baş mütəxəssisi Azər Hüseynov vəzifə öhdəliklərini yüksək peşəkarlıqla yerinə yetirərək, səmərəli fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. Həmkarımız mühasibat uçotu və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı sənədlərin hazırlanması, habelə Cəmiyyətimizdə aparılan maliyyə auditi zamanı ortaya çıxan suallara ətraflı olaraq şifahi və yazılı izahatların təqdim edilməsində, zəruri olan məlumatların birbaşa olaraq üçüncü şəxslərdən və banklardan alınmasında böyük rol oynamışdır.