Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin Texniki xidmət və inzibati dəstək bölməsinin əməkdaşları öz vəzifə öhdəliklərini yüksək səviyyədə icra etməklə bərabər Cəmiyyətin korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirakları ilə fərqləniblər. 


Cari il ərzində Daşkəsən və Göygöl rayonlarında aztəminatlı ailələr üçün “Ramazan sovqatı” aksiyası, “Arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsinin təşkilinə dəstək göstərən həmkarlarımız ötən ay “Uşaqlar üçün səyyar tibbi müayinə” aksiyası və istismarı başa çatan “Ağyoxuş-1” qızıl mədənin rekultivasiyası ilə əlaqadar iməcilik tədbirinin uğurlu icrasına da öz töhfələrini veriblər.


Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.