Ağamalı Carçıyev

Protokol xidməti sektoru

ÇFES üzrə mütəxəssis

 

Cəmiyyətin Protokol xidməti sektorunun Çovdar Filiz Emalı Sahəsi üzrə mütəxəssisi Ağamalı Carçıyev ötən dövr ərzində peşəkarlığı və çalışqanlığı ilə fərqlənməyi bacarmışdır. Vəzifə öhdəliklərini layiqincə yerinə yetirən həmkarımız ÇFES-də təşkil edilən görüşlərin protokol qaydalarına uyğun təşkilinə öz dəstəyini göstərmişdir.

 

Aytac İmamhüseynova

Təmir-tikinti və energetika şöbəsi

Mütəxəssis

 

Cəmiyyətin Təmir-tikinti və energetika şöbəsinin mütəxəssisi Aytac İmamhüseynova

ötən dövr ərzində vəzifə öhdəliklərini yüksək peşəkarlıqla yerinə yetirmiş, səmərəli fəaliyyəti ilə diqqət mərkəzində olmuşdur. Həmkarımız şöbə üzrə aidiyyəti sənədləşmə işlərinin icrası, müvafiq dövlət qurumları və icraçı təşkilatlarla müzakirələrin aparılması, layihələrin idarə edilməsinə öz töhfəsini vermişdir.


Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan Aytac İmamhüseynova və Ağamalı Carçıyev mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır. Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.