Oktyabr 2019-cu il

İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsinin aparıcı mütəxəssisi Osmanov Asif Valeh oğlu Cəmiyyətə məxsus çox sayda kompüterlərin əməliyyat sistemlərinin yenidən yazılması, həmçinin lazımi tətbiqi proqramların quraşdırılması işlərini qısa müddət ərzində yüksək keyfiyyətlə icra etmişdir. O, öz vəzifə öhdəliklərini vaxtında və məharətlə yerinə yetirməklə yanaşı, Cəmiyyətin baş ofisində əlavə şəbəkə sisteminin qurulması işlərini də uğurla həyata keçirmişdir.

Cəmiyyətimiz adından ona səmərəli fəaliyyətinə görə təşəkkür edir, yüksək peşəkarlığına görə minnətdarlığımızı bildiririk.

İnanırıq ki, Cəmiyyətin bütün əməkdaşları qarşıya qoyulan tapşırıqların icrasında nümunəvi fəaliyyət göstərəcək və öz işində uğurlara nail olacaqlar.