May 2019-cu il

Təchizat, logistika və inzibati işlər şöbəsinin İnzibati işlər sektorunun çilingəri Hüseyn Həsrət Həbibulla oğlu nümunəvi fəaliyyət nümayiş edərək öz vəzifə öhdəliklərini uğurla yerinə yetirmişdir.

Belə ki, Hüseyn Həsrət vəzifə funksiylarının öhdəsindən məharətlə gəlmiş, Cəmiyyətin inzibati binasında aparılan təmir, bərpa işlərində yaxından iştirak etmiş, isitilik və havalandırma sistemində yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində müvafiq addımlar atmışdır. Hüseyin Həsrət çalışdığı dövr ərzində nümunəvi işçi kimi fərqlənmiş və AzerGold kollektivinin rəğbətinin qazanmağa nail olmuşdur.

Biz komandamızda bu cür zəhmətkeş, öz işini sevən və işinə can yandıran belə işçilərin olması ilə qürur duyur, ona bu əməyinə görə Cəmiyyətimiz adından təşəkkür edirik.