Avqust 2019-cu il

    

İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi İlkin Əliyev şöbənin fəaliyyəti ilə əlaqədar təşkilati məsələlərin həlli, o cümlədən inteqrə edilmiş menecment sistemi, elektron sənəd dövriyyəsi, SAP B1 proqram təminatı üzrə işlərin həyata keçirilməsində yüksək peşəkarlıq nümayiş etdirmişdir.

Bununla yanaşı, İlkin Əliyev ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyəti çərçivəsində tədbirlərin təşkilinə dəstək, şöbə üzrə büdcənin hazırlanması, şöbə daxili koordinasiyanın yaradılması, müqavilələrin icrasına nəzarət və müvafiq ödənişlərin təmin edilməsi, KİV-lərlə işə dəstək göstərilməsi və digər fəaliyyət sahələrində fərqlənmiş, üzərinə düşən vəzifə öhdəliklərini layiqincə yerinə yetirmişdir.

Cəmiyyətimiz adından ona bu əməyinə görə təşəkkür edir, yüksək peşəkarlığına və əməyinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.