İKT təminatı şöbəsi

Sistem administratoru 

Cəmiyyətin İKT təminatı şöbəsinin Sistem administratoru Vaqif Ərəbov dövr ərzində öz vəzifə öhdəliklərini peşəkarlıqla yerinə yetirmiş, özünü nizam-intizamlı bir işçi kimi göstərməyi bacarmışdır. O, Cəmiyyətə məxsus İKT sistemlərində mərkəzi autentifikasiya mexanizminin qurulmasında fəal iştirak etmiş, İKT sistemləri üzrə monitorinq prosesini təkmilləşdirmiş və bir çox avtomatlaşdırma işlərinin icrasını həyata keçirmişdir. Nəticədə Cəmiyyətdə informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində daha bir addım atılmış və İKT xidmətləri üzrə yaranmış problemlərin həllinə sərf olunan zaman daha da azalmış, operativlik artmışdır.

Cəmiyyət adından həmkarımıza nümayiş etdirdiyi əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlığına və işinə duyduğu sevgiyə görə minnətdarlığımızı bildiririk.