Logistika və inzibati işlər şöbəsinin əməkdaşları

Həsrət Hüseynov – Çilingər
Cəmiyyətin Aparat binasında cari təmir işlərini vaxtında və keyfiyyətlə yerinə yetirmiş, mal və materiallardan səmərəli istifadə etmiş və 2020-ci il üzrə dəftərxana, təsərrüfat mallarının sifarişi zamanı 40 min manata yaxın büdcə vəsaitinə qənaət olunmasına tövhə vermişdir;
Sevil Həsənova – Xadimə
Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əməkdaşların mütləq əksəriyyətinin distant iş rejiminə müvəqqəti keçidi zamanı fədakarlıq nümayiş etdirərək, Aparatın inzibati binasında əmək fəaliyyətini davam etdirmiş, nümunəvi xidmət göstərmişdir;
Rafiq Əsədov – Sürücü
COVİD-19 infenksiyası ilə əlaqədar tətbiq edilən sosial izolyasiya tədbirləri zamanı sürücü həmkarlarının müəyyən iş yükünü öz üzərinə götürərək, Cəmiyyətin əməkdaşlarına nəqliyyat dəstəyi göstərmişdir.

Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkar, zəhmətkeş fəaliyyətə görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.