BABƏK ƏZİZZADƏ

İKT təminatı şöbəsi

Mütəxəssis

Cəmiyyətin İKT təminatı şöbəsinin mütəxəssisi Babək Əzizzadə ötən dövr ərzində vəzifə öhdəliklərini yüksək peşəkarlıqla yerinə yetirmiş, səmərəli fəaliyyəti ilə diqqət mərkəzində olmuşdur. Həmkarımız İT avadanlıqları ilə bağlı texniki dəstək xidmətini operativ və qüsursuz şəkildə təmin edərək, Cəmiyyətin ümumi fəaliyyətinə öz töhfəsini vermişdir.

 

SƏKİNƏ ƏLİYEVA

Dağ Mədən və Hasilat sahələrinin koordinasiya şöbəsi

Proses metallurqu

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində proses metallurqu vəzifəsində çalışan Səkinə Əliyeva ötən dövr ərzində peşəkarlığı və çalışqanlığı ilə fərqlənməyi bacarmışdır. Həmkarımız emal sahəsində Əməliyyat bölməsi və laboratoriyada aparılan sınaqlar üzrə hesabatların hazırlanması, metallurji testlər və analiz nəticələrinin araşdırılmasınında yaxından iştirak etmiş, dəqiqliklə yoxlanılmasını təmin etmişdir.

 

Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan Babək Əzizzadə və Səkinə Əliyeva mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdır. Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.