Rauf Əsgərov 

Təmir-tikinti və energetika şöbəsinin Generator sahəsi üzrə rəisi 

Cəmiyyətin Təmir-tikinti və energetika şöbəsinin Generator sahəsi üzrə rəisi olmuş Rauf Əsgərov “Çovdar” filiz emalı sahəsində çalışdığı dövr ərzində vəzifə öhdəliklərini yüksək peşəkarlıqla yerinə yetirmiş, səmərəli fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. Həmkarımız enerji təsərrüfatının idarə edilməsi, enerji daşıyıcılarının stabil və fasiləsiz rejimdə təminatını yüksək səviyyədə həyata keçirmiş, elektrik şəbəkəsi, texnoloji avadanlıqların təmiri və istismarını yüksək səviyyədə təmin etmişdir.

Xüsusi peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə malik olan Rauf Əsgərov vətənpərvərliyi, mehribanlığı və səmimiyyəti ilə kollektivin dərin hörmət və rəğbətini qazanmışdır. Ərazi bütövlüyümüzün təmin olunması uğrunda Qarabağda aparılan döyüş əməliyyatlarında iştirak etmək üçün Ordu sıralarına çağrılan həmkarımız işğalçı Ermənistan qoşunlarına qarşı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.

Cəmiyyət adından həmkarımıza Allahdan rəhmət diləyirik.

Şəhidlər ölməz, Vətən bölünməz!