Hüseyn Həsənov

Təhlükəsizlik xidməti

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi

Nəzarətçi

Cəmiyyətin Təhlükəsizlik xidmətinin nəzarətçisi Hüseyn Həsənov ötən dövr ərzində vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, qüsursuz fəaliyyəti ilə fərqlənməyi bacarmışdır. O, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində mühafizə işinin təşkili və nəzarət sisteminin təkmilləşdirilməsində fəal iştirak etmiş, səmərəli xidməti ilə ona göstərilən etimadı doğrultmuşdur.

 

Ramin Orucov

Təmir-tikinti və energetika şöbəsi

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi

Layihə-smeta üzrə mühəndis

Cəmiyyətin Təmir-tikinti və energetika şöbəsinin layihə-smeta üzrə mühəndisi Ramin Orucov ötən dövr ərzində Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində yeni emal metodologiyası əsasında istehsalat infrastrukturunun qurulması istiqamətində prosesin icrasına nəzarət etmişdir. O, tikinti-quraşdırma işləri ilə bağlı qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra edərək, səmərəli fəaliyyəti ilə fərqlənmişdir.

 

Peşə bacarıqları ilə yanaşı, yüksək şəxsi keyfiyyətlərə sahib olan Hüseyn Həsənov və Ramin Orucov mehribanlığı və səmimiyyəti ilə kollektivin hörmət və rəğbətini qazanmışdırlar. Cəmiyyət adından həmkarlarımıza nümayiş etdirdikləri əzmkarlığa görə təşəkkür edir, yüksək peşəkarlıqlarına və işlərinə duyduqları sevgiyə görə minnətdarlığımızı bildiririk.